![](/images/fhn.png)
![](/images/top-img.jpg)
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...
![](/images/top-img2.png)
![](/images/fhn.png)
29 iyun 2024-cü il saat 22:00-dək:
Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.
29 iyun 2024-cü il saat 20:15-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Salyan şəhərində 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
29 iyun 2024-cü il saat 18:30-dək:
Hacıqabul rayonunun Kolanı kəndində ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m²) olan ikimərtəbəli evin aynabənddən ibarət 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 125 m². sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
29 iyun 2024-cü il saat 12:15-dək:
Bərdə rayonunun Birinci Qaradəmirçi kəndində "Беларусь" markalı traktorun qoşqusuna yığılan 2 ton ot bağlamasının 0,5 tonu yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamalarının qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
29 iyun 2024-cü il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində üç halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 6 nəfərə müvafiq köməklik göstərilib.
29 iyun 2024-cü il saat 08:45-dək:
Hacıqabul şəhərində ümumi sahəsi 400 m² olan mağazanın yanar konstruksiyaları 180 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.