Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçkilərin keçirilməsi barədə ELAN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2-ci hissəsinə uyğun olaraq, Nazirlik yanında yeni İctimai şuraya seçkilərin keçirilməsini elan edir.

İctimai şuraya vətəndaş cəmiyyəti institutlarının seçkidə iştirak barədə müraciətləri 7 aprel 2025-ci il tarixindən 2 may 2025-ci il tarixinədək edilə bilər.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında İctimai şurada üzvlüyə namizədlərə dair tələblər və onların qeydiyyatı qaydası

Namizədlərə dair tələblər:

  • İctimai şurada üzvlüyə yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, fövqəladə hallar sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir vətəndaşının namizədliyi irəli sürülə bilər;
  • hər bir vətəndaş cəmiyyəti institutu İctimai şurada üzvlüyə yalnız bir namizəd irəli sürə bilər;
  • İctimai şurada üzvlüyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin namizədlikləri irəli sürülə bilməz.

Namizədin qeydiyyatı məsələsinə baxılması üçün təqdim olunmalı sənədlər:

  1. İctimai şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon nömrəsi və elektron poçt ünvanı göstərilməklə);
  2. namizədin şəxsiyyət vəsiqəsinin surəti;
  3. namizədin tərcümeyi-halı;
  4. namizəd hər hansı vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;
  5. mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədi (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədləri).

Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.

Sənədlərin qəbulu və baxılması:

Namizədlərin qeydiyyatı məsələsinə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müvafiq əmri ilə yaradılmış Seçki komissiyası tərəfindən baxılır. Qeydiyyat üçün sənədlər (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinə (ünvan: Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllə, əlaqə telefonu: 012-512-04-26) təqdim olunmalıdır.

Qeyd: İctimai şuraya vətəndaş cəmiyyəti institutlarının seçkidə iştirak barədə müraciətlərinin qəbulu üçün son tarix elektron sənəd dövriyyəsi sistemində yaranmış bəzi məsələlərlə əlaqədar 30 may 2025-ci ilədək uzadılmışdır. Həmçinin, bildiririk ki, seçkinin tarixi barədə əlavə məlumat veriləcək. Bununla yanaşı, ilkin olaraq təyin olunmuş tarixdə seçkidə təmsilçilərinin seçici kimi iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutlarının müraciətlərinin qeydiyyatı aparılır.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya
Elmi-texniki Jurnalı akademiya
Tibb Xidmeti

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu