Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır (video, foto)

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşlarının sağlamlıq vəziyyəti daim diqqətdə saxlanılır. Bu məqsədlə, Xidmət tərəfindən təkcə Bakı şəhərində deyil, respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq dispanser müayinələr təşkil olunur, peşəkar həkimlər tərəfindən əməkdaşların sağlamlıq vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlər görülür.

Növbəti belə müayinə 6-23 oktyabr 2026-cı il tarixlərində FHN Tibb Xidmətinin Hospitalı tərəfindən Nazirliyin Aran Regional Mərkəzində təşkil olunub.

Yüksək ixtisaslı həkim-mütəxəssislər tərəfindən aparılan tibbi müayinələr çərçivəsində Nazirliyin Aran bölgəsində fəaliyyət göstərən yerli strukturlarının əməkdaşları laborator və instrumental diaqnostik testlərdən keçirilib, aşkar olunan sağlamlıq problemləri üzrə zəruri müalicə kursları təyin edilib.

Qeyd edək ki, şəxsi heyətin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və profilaktikası məqsədilə belə dispanser müayinələr FHN əməkdaşlarının xidməti fəaliyyətin effektivliyinin daim yüksək səviyyədə saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu