

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


FHN Əsaslı Tikinti İdarəsi ağacəkmə aksiyası keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin elan olunduğu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
İdarənin əməkdaşlarının iştirak etdiyi aksiya Abşeron rayonunun Mehdiabad qəsəbəsinin ərazisində təşkil olunub.
Ətraf mühitin qorunması və yaşıllıqların artırılması məqsədilə təşkil olunan aksiyada idarənin əməkdaşları tərəfindən çinar, sərv və küknar ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ağacəkmə aksiyaları mütəmadi olaraq təşkil edilir.