Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in əməkdaşları qolf yarışında yüksək nəticə əldə ediblər

18 may 2024-cü il tarixində “Dreamland Golf” meydançasında Gənclər və İdman Nazirliyi və Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında qolf üzrə yarışlara yekun vurulub.

10 dövlət qurumundan 24 əməkdaş (17 kişi və 7 qadın) şəxsi yarışlarda əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin Katibliyinin 2 nəfər qadın əməkdaşı – Aysel Kazımova və Əzizə Lalayeva yüksək nailiyyətlər əldə etməyi bacarıblar. Belə ki, qadınlar arasında Aysel Kazımova bütün rəqiblərinə qalib gələrək yarışın qalibi olub. Komandanın digər üzvü Əzizə Lalayeva isə yarışın bürünc medalına yiyələnməyi bacarıb.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

20 may 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış əməkdaşlarla görüşərək, qazandıqları nailiyyətə görə onları təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu