
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
FHN-in komandası Gəncə şəhərində keçirilən minifutbol turnirinin qalibi olub
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə Gəncə şəhərində yerləşən dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin "Gəncə" komandası daha bir uğura imza atıb.
Belə ki, iyunun 23-də final oyununa çıxan Fövqəladə Hallar Nazirliyinin "Gəncə" komandası 1 saylı Gəncə “ASAN Xidmət” Mərkəzinin komandası ilə qarşılaşıb.
Rəqib qapısından 5 top keçirən FHN-in komandası 5:1 hesabı ilə qələbə qazanaraq qalib olub. Gəncə şəhər İcra Hakimiyyətinin komandası isə III yerə layiq görülüb.
Yarışın sonunda qalib komandalar kubok, medal və diplomlarla təltif olunublar.
Turnirin keçirilməsində əsas məqsəd dövlət qulluqçuları arasında sağlam həyat tərzinin təşviqi, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, komanda ruhunun gücləndirilməsi və idmana marağın artırılması olub.

























