

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


FHN-in Muğan Regional Mərkəzi təlim keçirib (video, foto)
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi “Yol-nəqliyyat hadisəsi zamanı yanğın-xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması olub.
Təlim zamanı şərti nəqliyyat qəzası zamanı avtomobillərdə baş vermiş “yanğın” xilasedicilər tərəfindən operativ qaydada “söndürülüb, “zərərçəkmişlər” deformasiyaya uğramış avtomobillərdən təxliyə edilərək onlara təxirəsalınmaz “ilkin yardım göstərilib”.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.