Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Mülki müdafiə qoşunlarında 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə silsilə tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Tədbirlərdə şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və hərbi hissələrin şəxsi heyəti iştirak edib. Bundan əlavə, komandanlıqda keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Veteranlar şurasının üzvü Şahlar Əsgərov, Azərbaycan Milli Tarix və Etnologiya İnstutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri, professor Cəbi Bəhramzadə iştirak edib.

Tədbirlərdə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, qarşısına gül dəstələri düzülüb.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ordu quruculuğu, milli hərbi kadrların yetişdirilməsi məsələsini daim diqqətdə saxlayıb, bu istiqamətdə titanik fəaliyyət göstərib.

Bu mütərəqqi siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edilib ki, məhz Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi sayəsində torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən şanlı 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında keçirilmiş uğurlu antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin əsl gücünü göstərdi.

Tədbirlərdə milli vətənpərvərlik ruhunda bədii hissə təqdim olunub.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu