Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in regional mərkəzlərində Müstəqillik Günü qeyd ounub

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlərdə, əvvəlcə xalqımızın Ulu Öndəri Heydər Əliyevin regional mərkəzlərin inzibati ərazilərində ucaldılmış büstü qarşısına gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan toplantılarda bildirilib ki, 1918-ci il mayın 28-i Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş bir tarixdir. Həmin tarixdə müsəlman Şərqində ilk dəfə dünyəvi dəyərlərə söykənən demokratik, müstəqil respublikanın yarandığı dünyaya bəyan edilib.

Çıxış edən natiqlər müasir müstəqil və güclü Azərbaycanın qurulmasında Ümummilli Lider Heydər Əliyevin tarixi rolundan danışıblar. Qeyd edilib ki, Ulu Öndərin güclü iradəsi, zəngin siyasi təcrübəsi və hədsiz Vətən sevgisi sayəsində Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas olub. Bu gün Ümummilli Liderin mütərəqqi siyasi kursunun mahir davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir. Bildirilib ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu tarixi Zəfərə imza ataraq 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edib, ərazi bütövlüyümüz bərpa olunub.

Tədbirlərin sonunda 28 May – Müstəqillik Günündən bəhs edən sənədli film nümayiş olunub.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu