

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


FHN-in Şimal-qərb Regional Mərkəzində təhsil müəssisələrinin psixoloqları üçün təlim keçirilib
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində təhsil müəssisələrinin psixoloqları üçün növbəti təlim keçirilib.
Təlimə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının ümumtəhsil müəssisələrinin psixoloqları cəlb edilib.
Təlimin keçirilməsində əsas məqsəd psixoloqların ekstremal şəraitdə iş vərdişlərinin artırılması, eyni zamanda qarşılıqlı peşəkar fəaliyyətin qurulması olub.
Təlimdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi leytenant Çillər Əsədli, həmin şöbənin baş məsləhətçisi Sona Məmmədova tərəfindən “Fövqəladə hadisələr zamanı ilkin psixoloji yardımın göstərilməsi”, “İntihar və intihara cəhd hadisələrinin qarşısının alınması” və “Ekstremal vəziyyətlərdə ilkin psixoloji yardımın göstərilməsi” mövzularında fotoslayd və videoçarxların müayiəti ilə ətraflı məlumat verilib.
İnteraktiv formada keçirilən təlim zamanı iştirakçıların sualları cavablandırılıb.