Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqləri keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu, Masazır kənd 4 nömrəli və Novxanı kənd 2 nömrəli tam orta məktəblərində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi mülki müdafiə məşqi keçirilib

Rayon təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən məşqin məqsədi mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub.

Məşqin nəzəri hissəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fovqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.

Tədbirin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, odsöndürən balonla “yanğın mənbələrinin söndürülməsi” və digər əməliyyatlar icra olunub.

Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

 

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu