Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Sumqayıt Regional Mərkəzində yerli özünüidarə orqanlarının nümayəndələri ilə görüş keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində yerli özünüidarə orqanlarının nümayəndələri ilə görüş keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli özünüidarə orqanlarının səlahiyyətli şəxslərinin iştirakı ilə tədbir keçirilib.

Toplantı yerli özünüidarə orqanlarının məsul şəxslərinə fövqəladə hallar zamanı zəruri davranış qaydalarının aşılanması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı qarşılıqlı fəaliyyətə dair müzakirələrin aparılması məqsədilə təşkil edilib.

Tədbirdə Regional Mərkəzin (RM) rəisi polkovnik Vaqif Fətullayev və digər məsul şəxslər, FHN Tibb Mərkəzinin psixoloqları, aidiyyəti yerli qurumların səlahiyyətli nümayəndələri, yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri iştirak ediblər.

Toplantıda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı mövcud problemlərə və qarşıda duran vəzifələrə dair səmərəli müzakirələr aparılıb, Sumqayıt RM ilə yerli özünüidarə orqanları arasında qarşılıqlı fəaliyyətin, o cümlədən əhalinin fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirilməsinin əhəmiyyətindən danışılıb. Həmçinin, yerli özünüidarə orqanlarının nümayəndələrinə Mərkəzin əməkdaşları tərəfindən fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Toplantıda FHN-in Tibb Mərkəzinin ixtisaslaşmış psixoloqu da müvafiq mövzularda çıxış edib.

İnteraktiv formada keçirilən tədbirdə mövzulara dair videoçarxlar nümayiş olunub, suallar ətraflı cavablandırılıb.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu