
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
FHN Mətbuat xidmətinin məlumatı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər çevik müdaxiləsi sayəsində “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb, yüksək temperaturdan yaxınlıqda park edilmiş “Toyota” markalı minik avtomobilinin farası, güzgüsü və bamperi qismən deformasiya edib. Xəsarət alan olmayıb.
Avtomobilin qalan hissəsi və yaxınlıqda park edilmiş digər avtomobil yanğından mühafizə olunub.













