Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN Mətbuat xidmətinin məlumatı

FHN Mətbuat xidmətinin məlumatı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağcabədi rayonunun Minaxorlu kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 370kv.m. olan fəaliyyət göstərməyən ikimərtəbəli məktəb binasında baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən və fəaliyyətdə olan məktəb binasına keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində binanın yanar konstruksiyaları yanıb.

Yaxınlıqda yerləşən məktəb binası yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu