

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


FHN Mətbuat xidmətinin məlumatı (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1 nəfər qadının dağıntı altında qaldığı müəyyən olunub.
Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan vətəndaş - 1990-cı il təvəllüdlü Əliyeva Turanə Saleh qızı xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.