
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
11 Noyabr, 2026
FHN Mətbuat xidmətinin məlumatı (video)
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samux şəhəri ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtoyuma məntəqəsinin daxilində “HOWO” markalı yük avtomobilinin təkərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin arxa təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə edilib.
Xəsarət alan olmayıb.















