

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


25 May, 2024
FHN Mətbuat xidmətinin məlumatı (video)
Məlumat verildiyi kimi, Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batdığı ehtimal olunan həmin rayonun Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən həyata kecirilir.
Hava şəraitinin mürəkkəbliyinə baxmayaraq, axtarış işləri fasiləsiz olaraq davam etdirilir.