

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


20 May, 2024
FHN Mətbuat xidmətinin məlumatı (video)
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Həzi Aslanov küçəsində yerləşən mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə alpinist ləvazimatlarından istifadə etməklə pəncərədən daxil olaraq 1933-cü il təvəllüdlü Ş.Baxşəliyevanı xilas edərək ailə üzvlərinə təhvil veriblər.