

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


FHN Mətbuat xidmətinin məlumatı (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun İstisu qəsəbəsi, Qalağan, Xaspoladoba, Canaxır kəndlərində və Quba rayonunun Küsnət kəndi ərazisində açıq ərazidə yanğın baş verməsi barədə məlumatlar daxil olub.
Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz, Şabran və Quba rayonlarının Yanğından Mühafizə hissələrinin qüvvələri yanğınların söndürülməsinə cəlb olunub.
Xaçmaz rayonunun Xaspoladoba kəndi və İstisu qəsəbəsi ərazisindəki yanğınlar havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Əməliyyat şəraitinə uyğun olaraq hazırda digər yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, hazırda bəzi ərazilərdə müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.