Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...
FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək
Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Cəfər Cabbarlı” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 26 aprel 2024-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.
Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.