Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib

Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar Xəzər rayonunun Mərdəkan qəsəbəsində fəaliyyət göstərən çimərlik ərazilərində monitorinqlər keçiriblər. Monitorinqlərin keçirilməsində əsas məqsəd çimərliklərdə xilasetmə işinin təşkili, ərazidə xidmət aparan xilasedicilərin hazırlıq səviyyəsi və təchizatı ilə bağlı vəziyyətin yerində qiymətləndirilməsi olub.

Monitorinqlər zamanı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nümayəndələri tərəfindən Şura üzvlərinə çimərlik mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə geniş məlumat verilib. Bildirilib ki, aprel ayından etibarən çimərlik üçün təhlükəsizlik baxımından istifadəyə yararsız və təhlükəli ərazilər müəyyən edilib, Xidmətin nəzarət etdiyi çimərliklərdə üzmə sərhədlərini müəyyən edən nişanlar və ərazidə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi üçün xəbərdaredici lövhələr quraşdırılıb. Eyni zamanda, çimərliklərdə kompleks təhlükəsizlik tədbirləri görülüb, dalğıclar tərəfindən sualtı baxışlar keçirilib və bu proses zamanı aşkarlanmış təhlükəli ərazilərdə qadağanedici nişanlar quraşdırılıb.

Daha sonra Şura üzvləri çimərlik operatorlarının fəaliyyəti ilə tanış olaraq xilasedicilərin şərti xilasetmə əməliyyatı vasitəsilə hazırlıq səviyyələrini qiymətləndiriblər. Bundan əlavə, xilasedicilərin təchizatı barədə geniş məlumat verilib.

Xidmət tərəfindən çimərlik mövsümünə hazırlıqla bağlı görülən işləri yüksək qiymətləndirən İctimai şura üzvləri sahilboyu ərazilərdə monitorinqlərin davamlı olaraq aparılacağını bildiriblər.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu