Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN yanında İctimai şuraya seçkilərin keçirilməsi tarixi barədə E L A N

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarına uyğun olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında yaradılacaq İctimai şuraya seçkilər 12 iyun 2025-ci il tarixində saat 11:00-da FHN-in Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 26 ünvanında yerləşən inzibati binasının akt zalında keçiriləcəkdir.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında yaradılacaq İctimai şuranın üzvlüyünə namizədlərin siyahısı

  1. Abbasova Vəfa Zahid qızı - “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi
  2. Abışova Vüsalə Mahir qızı – “APA Group”
  3. Bayramlı Dinara Dmitriy qızı - “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi
  4. Cürənov Ramiz Mikayıl oğlu - “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi
  5. Ədilzadə Ədil Tahir oğlu - “Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi
  6. Əkbərov Fariz Vahid oğlu – “Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi”
  7. Fərzəliyev Sahib Abduləli oğlu – “Potensial” Sumqayıt Mütəxəssislər Birliyi
  8. Hacızadə Fuad Mahmud oğlu - Beynəlxalq Ekoenergetika Akademiyası
  9. Həsənli Emin Əliyar oğlu - “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi
  10. Qafarov Emil Kamil oğlu – “Yaşıl Tikintiyə Dəstək” İctimai Birliyi
  11. Məmmədov Məhəmməd Qurban oğlu - “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi
  12. Rəhimli Davud Səid oğlu - Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı

Qeyd: seçki günü iştirak edəcək təmsilçilərdən saat 10:00-10:45 müddətində qeydiyyatdan keçmələri xahiş olunur. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi mütləqdir.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya
Elmi-texniki Jurnalı akademiya
Tibb Xidmeti

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu