Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN yay mövsümü ilə bağlı yanğın təhlükəsizliyinə dair silsilə müşavirələr keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Xidmətin təşəbbüsü ilə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Yevlax, Ucar, Kürdəmir, Goranboy və Göyçay rayonlarında müşavirələr keçirilib.

Müşavirələrdə Xidmətin nümayəndələri ilə yanaşı rayonların icra hakimiyyətlərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul şəxsləri, bələdiyyə sədrləri, sahibkar və fermerlər iştirak ediblər.

Tədbirlərdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, biçilmiş taxıl sahələrinin yandırılmasının yolverilməz olduğu diqqətə çatdırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunub və yerli qurumlar tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb.

Müşavirələrdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu