Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

"Fövqəladə Hallar Könüllüləri" Proqramının 3-cü mərhələsinə qeydiyyat başladı

Fövqəladə hallara hazırlıq üzrə tədbirlərdə gənclərin fəal iştirakını təmin etmək, o cümlədən təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar gənclərin dəstəyindən faydalanmaq məqsədilə Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşəbbüsü və tərəfdaşlığı ilə “Fövqəladə Hallar Könüllüləri” Proqramı fəaliyyət göstərir.

Proqrama qoşulmaq üçün təhsil səviyyəsindən asılı olmayaraq, 18-30 yaş arası şəxslər müraciət edə bilər.

İlkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş iştirakçılar nəzəri və təcrübi biliklər qazanmaq üçün Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yanğın təhlükəsizliyi, mülki müdafiə, axtarış-xilasetmə işi, ilk yardım, ilkin psixoloji yardım, su hövzələrində təhlükəsizlik, fövqəladə hallar zamanı davranış qaydaları və digər sahələr üzrə təlimlərə cəlb olunacaqlar.

Təlim proqramını uğurla başa çatdırmış könüllülərə proqramın sonunda Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq sertifikat veriləcək.

Könüllü kimi fəaliyyət göstərmək istəyən şəxslər 30 mart 2025-ci il tarixinədək https://forms.gle/uReTXNqZHWWaTnLcA səhifəsinə daxil olmaqla müraciət edə bilərlər.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu