Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının komandası “Sağlam həmkar” minifutbol turnirinin qalibi olub (foto)

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının komandası “Sağlam həmkar” minifutbol turnirinin qalibi olub (foto)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) birgə təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinin final oyunu keçirilib.

İyulun 14-də final oyununa çıxan Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının komandası Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun qalibi Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının komandası olub.

2-1 hesabı ilə qalib gələn Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının komandası turnirin çempionu adına layiq görülüb.

Çempion komandaya kubok və medalları, habelə 2-ci və 3-cü yeri tutmuş komandalara medalları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, fövqəladə hallar nazirinin müavini general-mayor Yusif Nəbiyev və digər rəsmilər təqdim edib.

Qeyd edək ki, 8 iyun 2026-cı ildə start götürən turnirdə 17 komanda iştirak edib.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu