Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in yüksək nəticələr əldə etmiş idmançıları ilə görüş keçirilib

FHN-in yüksək nəticələr əldə etmiş idmançıları ilə görüş keçirilib

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun akt zalında karate üzrə beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüş keçirilib.

Belə ki, oktyabrın 31-dən noyabrın 1-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində şotokan karate üslubu üzrə Avropa çempionatı təşkil olunub. 13 ölkədən 500-ə yaxın idmançının iştirak etdiyi yarışda Azərbaycan Karate Federasiyasının milli yığma komandasının və FHN-in “Budokan” karate klubunun təmsilçiləri müxtəlif yaş kateqoriyalarında mübarizə aparıblar. Çempionatda klubun idmançıları 4 bürünc medal qazanıblar.

Həmçinin, noyabrın 14-15-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Dünya Karate Federasiyasının (WKF) təşkilatçılığı ilə “Tbilisi Open-2026” beynəlxalq turniri keçirilib. 7 ölkədən 600-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycan Karate Federasiyasının yeniyetmələr, gənclər və böyüklərdən ibarət təmsilçiləri də qüvvələrini sınayıblar. Turnirdə FHN-in “Budokan” karate klubunun müvafiq yaş qrupları üzrə yığma komandaların üzvləri müxtəlif çəki dərəcələrində 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə ediblər.

FHN-in İdman-sağlamlıq klubunun rəisi, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, karate üzrə ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi polkovnik Füzuli Musayev medalçılar və onların məşqçi-müəllimləri ilə görüşərək idmançıları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Görüşdə qazanılmış nailiyyətlərin əhəmiyyətindən danışılıb, medalçılara qiymətli hədiyyələr təqdim olunub.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu