
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
FHN-in regional mərkəzlərində silsilə mülki müdafiə kursları keçirilib
Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2026-cı il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları keçirilib.
Belə ki, Nazirliyin Bakı Regional Mərkəzi (RM) tərəfindən “Təlim-tərbiyə işləri üzrə direktor müavinləri” və “Tibb müəssisələrinin direktorları-baş həkimləri”, Sumqayıt RM tərəfindən “Mühəndis, kimya və radiasiya kəşfiyyatı manqalarının komandirləri” və “Sanitar manqasının komandirləri”, Gəncə RM tərəfindən “Rabitə manqasının komandirləri” və “Yanğınsöndürmə manqalarının komandirləri”, Muğan RM tərəfindən “Rabitə manqasının komandirləri”, “Xilasetmə manqasının komandirləri” və “Sanitar manqasının komandirləri”, Şimal RM tərəfindən “Bələdiyyə sədrləri”, “Yanğınsöndürmə manqalarının komandirləri” və “Sanitar manqasının komandirləri”, Aran RM tərəfindən “Yanğınsöndürmə manqalarının komandirləri”, “Qəza-texniki manqalarının komandirləri”, “İctimai asayişin mühafizəsi manqalarının komandirləri” və “Rabitə manqasının komandirləri”, Şimal-Qərb RM tərəfindən “Yanğınsöndürmə manqalarının komandirlər”, “Rabitə manqasının komandirləri”, “Qəza-bərpa manqalarının komandirləri” və “Kəşfiyyat manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.
Kursların keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.
Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara dair fotoslayd və videoçarxlar nümayiş etdirilib.
Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.
Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.









































