Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı” günü keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Səbail rayon Yanğından Mühafizə Hissəsində növbəti “açıq qapı” günü keçirilib.

Tədbirin keçirilməsində məqsəd azyaşlıların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına və yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

Tədbirdə Bakı şəhəri ərazisində fəaliyyət göstərən “Menar Azərbaycan” tədris mərkəzinin məktəbəqədər hazırlıq qrupunun şagirdləri, müəllimlər və valideynlər iştirak ediblər.

Tədbir iştirakçılarına yanğınsöndürənlərin günlük rejim qaydaları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə, eyni zamanda fövqəladə hallarla bağlı rəsm və maketlərdən ibarət sərgi ilə tanış yaxından tanış olublar.

Azyaşlılar tərəfindən maraqla qarşılanan tədbirdə onların sualları ətraflı cavablandırılıb.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu