Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Ümumi məlumat

Qəbul otağı

(036) 544-48-17
(036) 544-48-17
fhn@nakhchivan.az

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi - Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 30 dekabr 2005-ci il tarixli 6-III FR nömrəli Fərmanı ilə yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə - Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 may 2006-cı il tarixli 27-III FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Əhatə etdiyi ərazi barədə qısa məlumat:

Naxçıvan Muxtar Respublikası paytaxt Naxçıvan şəhərindən və 7 inzibati rayondan - Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək təşkil olunub. Muxtar respublikanını 5 şəhəri, 8 qəsəbəsi, 205 kəndi var.

Naxçıvan Muxtar Respublikası Qafqaz dağlarının cənub-şərqində yerləşir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 metrdir.

Ərazisinin böyük bir hissəsi şimaldan cənuba və qərbdən şərqə doğru relyefi, iqlimi, oroqrafiyası və geoloji quruluşu ilə əhəmiyyətli dərəcədə fərqlənir. Bu da öz növbəsində müxtəlif genezisə malik təhlükəli təbii proseslərin, xüsusən də hidrometeoroloji təhlükəli proseslərin geniş inkişaf etməsinə səbəb olmuşdur.

Muxtar respublikanın orta və yüksək dağlıq əraziləri aktiv seysmik zonalar hesab edilir. Dağlıq və dağətəyi ərazilərdəki çaylarda vaxtaşırı sel hadisələri baş verir.

Muxtar respublikada təsərrüfatlara və əhalinin məskunlaşmasına mənfi təsir göstərən təhlükəli təbii fəlakətlərdən biri torpaq sürüşməsi hesab olunur. Sürüşmə əsasən, dəniz səviyyəsindən 1500 m-dən 3000 m-dək yüksək sahələrdə, xüsusilə Naxçıvançayın yuxarı axarlarında, Batabat gölünün ətrafında və Küküçayın başlanğıcında, Arpaçayın və Cəhriçayın hövzəsində, Əylisçayın və Gilançayın hövzələrinin yuxarılarında baş verir.

Muxtar respublika ərazisində fövqəladə hal təhlükəsi yarada biləcək hidrometeoroloji təhlükəli proseslər və hadisələrə - doluvurma, toz fırtınası, leysan yağışları, ildırım və şimşək, havanın anomal yüksək və aşağı temperaturları, qar çovğunu və s. daxildir.

Ərazisi: 5502,75 km2

Əhalisi: 456100 (01.01.2019-cu il)

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu