

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2015-ci il 1 aprel tarixli 20/01-001 nömrəli Qərarı ilə təsdiq edilmiş “AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN
QƏRARI
№ 20/01-010
Bakı şəhəri
3 iyul 2024-cü il
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2015-ci il 1 aprel tarixli 20/01-001 nömrəli Qərarı ilə təsdiq edilmiş “AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nda dəyişiklik edilməsi barədə
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 22 noyabr tarixli 2365 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 1 dekabr tarixli 916s nömrəli Sərəncamının 3-cü hissəsinin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.2.1-ci və 10.10.4-cü yarımbəndlərini rəhbər tutaraq
qərara alıram:
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2015-ci il 1 aprel tarixli 20/01-001 nömrəli Qərarı ilə təsdiq edilmiş “AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikası Dövlət Tikinti Normalan”nın 6.1.7-ci yarımbəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar, yolun mənsubiyyətindən asılı olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəyi əsasında), tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, "İçərişəhər" Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və ya özəl yolun sahibi tərəfindən qəbul edilir.”.
2. Hüquq idarəsi (Rəşadət Cəbrayılov) qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. İctimaiyyətlə əlaqə idarəsi (Səbuhi Ağayev) bu qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 5.5-ci bəndi nəzərə alınmaqla) sonra 72 saat müddətində Azərbaycan Dövlət informasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında, eləcə də qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
4. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi (Nailə Mürsəliyeva) qərarın surətinin Hüquq idarəsinə və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə çatdırılmasını təmin etsin.
Nazir Kəmaləddin Heydərov