Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 727-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bəzi hüquqi aktlarında dəyişiklik edilməsi haqqında”

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 727-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bəzi hüquqi aktlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qərarı

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “26” dekabr 2024-cü il

tarixli 20/01-017 nömrəli

Qərarı ilə təsdiq edilmişdir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 727-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bəzi hüquqi aktlarında edilmiş dəyişikliklər:

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2007-ci il 16 iyul tarixli 073 nömrəli əmri ilə təsdiq edilmiş “Kiçik həcmli gəmi sürmək hüququ üçün imtahan və attestasiya Qaydaları”na aşağıdakı dəyişikliklər edilsin:

1.1. Aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:

“3.1-1. Bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

1.2. 3.2-ci bəndə “sənədlərin” sözündən sonra “(bu Qaydaların 3.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

1.3. 3.3-cü bəndə “sənədlər” sözündən sonra “(bu Qaydaların 3.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

1.4. Aşağıdakı məzmunda 5.3-1-ci bənd əlavə edilsin:

“5.3-1. Bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

1.5. 5.6-cı bəndə “sənədləri” sözündən sonra “(bu Qaydaların 5.3-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2007-ci il 16 iyul tarixli 073 nömrəli əmri ilə təsdiq edilmiş “Kiçik həcmli gəmilərin dövlət qeydiyyatı Qaydaları”na aşağıdakı dəyişikliklər edilsin:

2.1. Aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

2.2. Aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

“2.5-1. Bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

2.3. 2.10-cu bəndə “sənədlərdə” sözündən sonra “(bu Qaydaların 2.2-1-ci və 2.5-1-ci bəndlərinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

2.4. Aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:

“3.2-1. Bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

2.5. 8.1-bəndin dördüncü abzasına “sənədlər” sözündən sonra (bu Qaydaların 2.2-1-ci, 2.5-1-ci və 3.2-1-ci bəndlərinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2018-ci il 23 fevral tarixli 20/01-002 nömrəli qərarı ilə təsdiq edilmiş “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da, aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.5-ci bəndə “sənədlər verildiyi” sözlərindən sonra “(bu Təlimatın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

3.2. 2.6-cı bəndə “sənədlərdə” sözündən sonra “(bu Təlimatın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

3.3. Aşağıdakı məzmunda 2.11-1-ci bənd əlavə edilsin:

“2.11-1. Bu Təlimatın 2.11-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

3.4. 2.13-cü bənddə 2-ci və 3-cü cümlələr çıxarılsın;

3.5. 2.14.1-ci yarımbəndə “təqdim edilə bilər” sözlərindən sonra “(bu Təlimatın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

3.6. 2.19-cu bəndə “2.11-ci bəndində” sözlərindən sonra “(bu Təlimatın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

3.7. 2.21-ci bəndə “2.11-ci bəndinə” sözlərindən sonra “(bu Təlimatın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

3.8. Aşağıdakı məzmunda 2.23-1-ci bənd əlavə edilsin:

“2.23-1. Bu Təlimatın 2.23-cü bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

3.9. 2.27-ci bəndə “digər sənədlər” sözlərindən sonra “(bu Təlimatın 2.11-1-ci və 2.23-1-ci bəndlərinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2018-ci il 23 fevral tarixli 20/01-003 nömrəli qərarı ilə təsdiq edilmiş “Texnoloji nəqliyyat vasitələrinə, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, dövlət texniki baxışının nəticələrinin sənədləşdirilməsi və hesabatının aparılmasına dair Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

4.1. aşağıdakı məzmunda 2.4-2-ci bənd əlavə edilsin:

“2.4-2. Bu Təlimatın 2.4-cü bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

4.2. 2.7-ci bənddə 2-ci və 3-cü cümlələr çıxarılsın;

4.3. 3.1-ci bəndə “sənədlərlə birgə” sözlərindən sonra “(bu Təlimatın 2.4-2-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

Qaynar xətt

Faydalı keçidlər

e-gov.az