Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

“Tikinti layihələri və layihəqabağı sənədlərin ekspertizadan keçirilməsi ilə bağlı xərclərin hesablanması Qaydaları”nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ

QƏRAR

3-18/Q-8/2025

Bakı şəhəri 6 may 2025-ci il

“Tikinti layihələri və layihəqabağı sənədlərin ekspertizadan keçirilməsi ilə bağlı xərclərin hesablanması Qaydaları”nın təsdiq edilməsi barədə

“Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 sentyabr tarixli 217 nömrəli Qərarının 1.1-ci bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.2.1-ci və 10.10.4-cü yarımbəndlərini rəhbər tutaraq

qərara alıram:

1. “Tikinti layihələri və layihəqabağı sənədlərin ekspertizadan keçirilməsi ilə bağlı xərclərin hesablanması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq idarəsi (Rəşadət Cəbrayılov) qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. İctimaiyyətlə əlaqə idarəsi (Səbuhi Ağayev) bu qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 3 gün müddətində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) informasiya ehtiyatında, eləcə də qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.

4. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi (Nailə Mürsəliyeva) qərarın surətinin Nazirliyin Aparatının aidiyyəti struktur bölmələrinə və sisteminə daxil olan qurumlarına göndərilməsini təmin etsin.

5. Təsdiq edilmiş Qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarixdən qüvvəyə minir.

Nazir

general-polkovnik Kəmaləddin Heydərov






Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 6 may 2025-ci il tarixli 3-18/Q-8/2025 nömrəli Qərarı ilə təsdiq edilmişdir

Tikinti layihələri və layihəqabağı sənədlərin ekspertizadan keçirilməsi ilə bağlı xərclərin hesablanması Qaydaları

1. Ümumi müddəalar

1.1. Tikinti layihələrinin və layihəqabağı sənədlərin ekspertizadan keçirilməsi ilə bağlı xərclərin hesablanması Qaydaları (bundan sonra – Qaydalar) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 91-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”na uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi (bundan sonra – İdarə) tərəfindən ekspertizadan keçirilməsi nəzərdə tutulan tikinti layihələrinin, habelə layihəqabağı sənədlərin (texniki-iqtisadi hesablamalar (TİH), texniki-iqtisadi əsaslandırmalar (TİƏ) və tender layihələri) ekspertizadan keçirilməsi ilə bağlı xərclərin hesablanması qaydasını müəyyən edir.

1.3. Tikinti layihələrinin ekspertizadan keçirilməsi ilə bağlı xərclər İdarə ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında sifarişçi tərəfindən ödənilir. Ekspertiza xərcləri sifarişçi tərəfindən, ekspertizanın nəticəsinə dair ekspert rəyinin məzmunundan asılı olmayaraq ödənilir. Müqavilə qiymətləri ekspertiza dəyəri əsasında bu Qaydalara uyğun olaraq müəyyənləşdirilir.

1.4. Ekspertiza xərclərinin hesablanması Azərbaycan Respublikasının ərazisində siniflər üzrə təsnifləşdirilmiş tikinti obyektlərinin layihələrinin həcmindən asılı olaraq həyata keçirilir. Bu Qaydalar ekspertizadan keçirilməsi üçün təqdim olunan bütün tikinti layihələrinə və layihəqabağı sənədlərə şamil olunur.

2. Ekspertiza xərclərinin təyini üsulu

2.1. Bu Qaydalarla müəyyən edilən tikinti layihələrinin və layihəqabağı sənədlərin ekspertizadan keçirilməsi ilə bağlı xərclərin dəyəri layihələndirmə xidmətlərinin dəyərindən asılı olaraq bu Qaydaların Əlavəsində göstərilən xərc əmsalları tətbiq olunmaqla aşağıdakı kimi hesablanır:

E.d. = L.d. x Ə

burada

Ed – ekspertiza xərclərinin dəyəri (ƏDV-siz), manatla;

L. d. – layihələndirmə xidmətlərinin dəyəri (ƏDV-siz), min manatla;

Ə – bu Qaydaların 3-cü hissəsində nəzərdə tutulmuş tikinti obyektlərinin sinifləri üzrə tətbiq olunan xərc əmsalı, faizlə (bu Qaydaların Əlavəsinə uyğun qəbul olunur).

2.2 Tikinti layihəsi şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun olduqda, habelə tikinti layihəsində aşkar edilmiş iradlar ekspertiza zamanı aradan qaldırıldıqda tikinti layihəsinə müsbət rəy verilir, əks halda, tikinti layihəsi layihənin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunsuzluğu barədə əsaslandırılmış mənfi rəylə aidiyyəti üzrə qaytarılır. Mənfi rəydə göstərilən iradlar sonradan aradan qaldırılaraq, tikinti layihəsi təkrar ekspertizadan keçirilməsi üçün təqdim olunduqda təkrar ekspertiza dəyəri ilkin ekspertiza dəyərinə aşağıdakı əmsallar tətbiq etməklə hesablanır (bu zaman düzəliş olunan bölmələrin əmsalları toplanaraq ümumi əmsal təyin olunur):

- memarlıq bölməsi – 0,10

- konstruksiya bölməsi – 0,10

- mühəndis-kommunikasiya bölməsi – 0,05

- smeta bölməsi – 0,05

2.3 Ekspertizadan keçirilmiş tikinti layihələrində əlavə işlər və dəyişikliklərlə əlaqədar yenidən tərtib olunmuş tikinti layihəsi təqdim olunduqda təkrar ekspertiza dəyəri ilkin ekspertiza dəyərinə aşağıdakı əmsallar tətbiq etməklə hesablanır (bu zaman düzəliş olunan bölmələrin əmsalları toplanaraq ümumi əmsal təyin olunur):

- memarlıq bölməsi – 0,20

- konstruksiya bölməsi – 0,20

- mühəndis-kommunikasiya bölməsi – 0,10

- smeta bölməsi – 0,10

2.4 Dövlət vəsaiti hesabına maliyyələşdirilən obyektlərin tikintisinə dair, habelə qüvvədə olan qanunvericilikdə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, eləcə də sifarişçinin təşəbbüsü ilə tikintiyə dair texniki-iqtisadi hesablamaların (TİH), texniki-iqtisadi əsaslandırmaların (TİƏ) və tender sənədlərinin ekspertizasına görə ekspertiza haqqı tikintisi nəzərdə tutulan obyektin layihələndirmə xidmətlərinin dəyərinə tətbiq olunan ekspertiza dəyərinin 15%-i həcmində hesablanır.

2.5 Məcəllənin 89.1.3-cü və 89.1.4-cü maddələrində nəzərdə tutulmuş layihələrlə bağlı şübhələr olduqda, tikintiyə icazə verən orqan (qurum) şübhə doğuran halların aydınlaşdırılması barədə ekspertiza müəssisəsinə sorğu ilə müraciət etdiyi hallarda sifarişçi tərəfindən ekspertiza xərcləri ödənilmir.

2.6 Ekspertiza xərcləri milli valyutada (AZN) İdarənin müvafiq bank hesabına köçürülür.

3. Tikinti obyektlərinin siniflər üzrə təsnifləşdirilməsi

3.1. Layihələndirmə xidmətləri üçün tikinti obyektləri təxmini olaraq aşağıdakı qaydada beş sinif üzrə təsnifləşdirilir:

Birinci sinif

- müvəqqəti bina, qurğular və yollar;

- mövsümi və yardımçı qurğular (talvar, hasarlar);

- sahəsi 50 m2-dən çox olmayan pavilyonlar və köşklər;

- mobil (səyyar) bina və qurğular;

- növbətçi məntəqələri;

- kiçik bağ tikililəri;

- asan sökülüb-yığılan, yüngül konstruksiyalardan inşa edilən sadə funksional təyinatlı kənd təsərrüfatı obyektləri;

- hündürlüyü 15 metrdən çox olmayan reklam qurğuları;

- 50-dən çox olmayan avtomobil tutumlu birmərtəbəli avtomobil dayanacaqları (zirzəmisiz);

- sahəsi 200 m2 qədər olan anbarlar;

- artezian və subartezian quyuları.

İkinci sinif

- hündürlüyü 12 metrədək müxtəlif təyinatlı tikinti obyektləri (fərdi yaşayış evləri də daxil olmaqla);

- sahəsi 5000 m2 qədər olan istehsalat və anbar tikililəri (birinci sinfə aid olan anbarlar istisna olmaqla);

- sahəsi 1 hektardan çox olmayan istixanalar;

- günəş və külək enerjisi qurğuları;

- sahəsi 1000 m2 qədər olan ticarət binaları, ictimai iaşə obyektləri;

- tutumu 50 nəfərdən (şagird) çox olmayan məktəbəqədər təhsil müəssisələrinin binaları;

- 200 yerədək tutumu olan ümumi təhsil müəssisələrinin tədris korpusları;

- 100-dən çox olmayan avtomobil tutumlu birmərtəbəli avtomobil dayanacaqları (zirzəmisiz) (birinci sinfə aid olan avtomobil dayanacaqları istisna olmaqla);

- 1500 nəfərədək tamaşaçı (azarkeş) tutumu olan stadionlar və oyun meydançaları;

- nəzarət-buraxılış məntəqələri;

- hündürlüyü 15 metrdən çox olan reklam qurğuları;

- ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, botanika bağları, zoologiya parkları, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər.

Üçüncü sinif

- hündürlüyü 12 metrdən 30 metrə qədər olan müxtəlif təyinatlı tikinti obyektləri;

- sahəsi 5000 m2-dən 20 000 m2-dək olan istehsalat və anbar tikililəri;

- taxılçılıq, heyvandarlıq, quşçuluq və südçülük komplekslərinin tərkibinə daxil olan bina və qurğular;

- sahəsi 1 hektardan çox olan istixanalar;

- 100-dən çox avtomobil tutumlu birmərtəbəli avtomobil dayanacaqları;

- tutumu 50 nəfərdən (şagird) çox olan məktəbəqədər təhsil müəssisələrinin binaları;

- tutumu 200 nəfərdən 1000 nəfərə qədər (1000 nəfər daxil) olan ümumi təhsil müəssisələrinin tədris korpusları;

- peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tədris korpuslarının binaları;

- ümumi təhsil müəssisələrinin tutumu 800 yerdən çox olmayan yataqxana korpusları;

- ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət və reabilitasiya müəssisələri;

- xəstəxanalar, tibb məntəqələri (mərkəzləri), sanatoriyalar, dispanserlər, müalicə və ambulator poliklinika binaları;

- 1500 nəfərdən 8000 nəfərədək tamaşaçı (azarkeş) tutumu olan stadionlar və oyun meydançaları;

- qapalı və açıq hovuzlar (ümumi istifadədə olan torpaqlarda yerləşən sututarlar və həcmi 10 milyon m3-dən artıq olan su hövzələri (anbarları) istisna olmaqla);

- sərgi və muzey binaları;

- sahəsi 1000 m2-dən 5000 m2 qədər olan ticarət binaları, ictimai iaşə obyektləri;

- dini sitayiş obyektləri;

- elmi kitabxanalar, laboratoriyalar, elmi-tədqiqat, layihə-konstruktor təşkilatlarının və sınaq mərkəzlərinin binaları;

- meliorasiya sistemləri və qurğuları (birinci, ikinci, dördüncü və beşinci siniflərə aid olanlar istisna olmaqla), balıq təsərrüfatı obyektləri;

- paylayıcı mühəndis qurğuları (mühəndis şəbəkələri, nəqledici qurğular və resursların paylanmasını təmin edən digər bina və qurğular);

- gücü 5 MVt-dək olan istilik elektrik stansiyaları;

- 6-10 kV-luq paylayıcı məntəqələr, 6-10/0,4 kV-luq transformator yarımstansiyaları;

- 0,4 -10 kV-luq elektrik ötürücü xətlər;

- sahə avtomobil yolları və IV, V kateqoriyalı dəmir yolları;

- sugötürən və suqəbuledici qurğular;

- müvəqqəti körpülər və piyada keçidləri;

- III, IV və V texniki dərəcəli avtomobil yolları.

Dördüncü sinif

- hündürlüyü 30 metrdən 50 metrəyə qədər (50 metr daxil) olan çoxmərtəbəli binalar (yaşayış və inzibati təyinatlı binalar daxil olmaqla);

- aşırımlarının uzunluğu 36 metrdən 100 metrə qədər (100 metr daxil) olan uzun aşırımlı bina və qurğular;

- sahəsi 20 000 m2-dən 40 000 m2-dək (40000 m2 daxil) olan istehsalat və anbar tikililəri;

- gücü 5 - 50 MVt olan istilik elektrik stansiyaları;

- hündürlüyü 30-dan 200 metrədək (200 metr daxil) olan dirəklər (maçta), qüllələr və tüstü boruları;

- gərginliyi 35 - 220 kV olan yarımstansiyalar;

- 35 - 220 kV-luq elektrik ötürücü xətlər;

- rabitə və telekommunikasiya obyektləri, şəbəkə və qurğuları;

- hava ötürücü elektrik xətlərinin xüsusi keçidlərində bünövrələr və hündürlüyü 100 metrə qədər (100 metr daxil) olan dayaqlar (mühəndis qurğularında və gəmi hərəkət edən çaylarda);

- Ia, Ib, Ic və II texniki dərəcəli avtomobil yolları;

- uzunluğu 100 metrdən çox olmayan avtomobil körpüləri;

- tutumu 10000 m3 qədər olan (10000 m3 daxil) neft, mayeləşdirilmiş karbohidrogen qaz, neft və kimya məhsullarının saxlandığı çənlər;

- neft və qaz quyuları;

- tutumu 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələrinin tədris korpusları;

- ümumi təhsil müəssisələrinin tutumu 800 yerdən çox olan yataqxana korpusları;

- çoxmərtəbəli avtomobil dayanacaqları (yerüstü, yeraltı, mexanikləşdirilmiş);

- 1000 nəfərədək tamaşaçı tutumu olan teatrlar, kinoteatr zalları, sirk binaları;

- 8000 nəfərdən 40000 nəfərədək (40000 nəfər daxil) tamaşaçı (azarkeş) tutumu olan stadionlar və oyun meydançaları, idman bazaları;

- yanacaqdoldurma məntəqələri (texniki xidmət və ticarət obyektləri daxil olmaqla);

- xüsusi təyinatlı tikinti kompleksləri (hərbi hissələr, penitensiar müəssisələr, habelə sığınacaqlar və digər mülki müdafiə qurğuları);

- sel və daşqın sularından qoruyucu bəndlər və torpaq sürüşmələrindən istinad divarları.

Beşinci sinif

- nüvə (atom) reaktorları;

- hündürlüyü 50 metrdən çox olan çoxmərtəbəli binalar;

- aşırımlarının uzunluğu 100 metrdən çox uzun aşırımlı bina və qurğular;

- sahəsi 40 000 m2-dən çox olan istehsalat və anbar tikililəri;

- 40000 nəfərdən çox tamaşaçı (azarkeş) tutumu olan stadionlar və oyun meydançaları, idman-əyləncə kompleksləri;

- ionlaşdırıcı şüalanma generatorlarının (rentgen avadanlığı, neytron generatoru avadanlığı, yüklü hissəciklərin sürətləndiriciləri) istifadəsi, istehsalı və təmiri ilə məşğul olan obyektlər;

- partlayıcı, pirotexniki, zəhərləyici, tezalovlanan, tezalışan, radioaktiv, kimyəvi və ətraf mühit üçün təhlükəli maddələrin, materialların, tullantıların və hərbi sursatların istifadəsi, emalı, istehsalı, saxlanılması, məhv edilməsi və basdırılmasını, o cümlədən işlənmiş nüvə yanacağının basdırılmasını həyata keçirən tikinti obyektləri;

- nüvə (atom) reaktorlarının istifadəsi və ya istismarını, eləcə də nüvə yanacağının istehsalını və zənginləşdirilməsini, işlənmiş nüvə yanacağının emalını həyata keçirən obyektlər və qurğular;

- gücü 50 MVt-dan çox olan istilik elektrik stansiyaları;

- metro stansiyaları və tunelləri;

- aerodrom qurğuları;

- hava və dəniz limanları, dəmiryol vağzalları və avtovağzallar;

- I, II və III kateqoriyalı dəmir yolları;

- tunellər;

- hündürlüyü 200 metrdən çox olan dirəklər (maçta), qüllələr və tüstü boruları;

- tutumu 10 000 m3-dən çox olan neft, mayeləşdirilmiş karbohidrogen qaz, neft və kimya məhsullarının saxlandığı çənlər;

- neft, sıxılmış qaz, neft və kimya məhsullarının saxlandığı yeraltı terminallar;

- diametri 1000 mm-dən artıq olan magistral (neft, qaz, su və kanalizasiya) boru kəmərləri;

- həcmi 10 milyon m3-dən artıq olan su hövzələri (anbarları) və onların bəndləri (hidrotexniki qurğuları);

- dövlət əhəmiyyətli hidrotexniki qurğular;

- neft emalı maddələrinin istehsalı zavodları;

- dəniz şelfində quraşdırılan neft və qazçıxarma platformaları;

- dəmiryolu körpüləri, uzunluğu 100 metrdən çox olan avtomobil körpüləri;

- gərginliyi 330 kV və daha yüksək olan elektrik ötürücü xətlər;

- gərginliyi 330 kV və daha yüksək olan yarımstansiyalar;

- hava ötürücü elektrik xətlərinin xüsusi keçidlərində bünövrələr və hündürlüyü 100 metrdən çox olan dayaqlar (mühəndis qurğularında və gəmi hərəkət edən çaylarda).

3.2. Layihələndirmə xidmətlərinin ehtimal olunan dəyərinin təyin edilməsi məqsədləri üçün bu Qaydaların 3.1-ci bəndi üzrə siniflərə daxil edilməyən digər tikinti obyektlərinin bu və ya digər sinfə aid edilməsinə (təsnifləşdirilməsinə) əsas kimi tikinti obyektinin texniki parametrləri (hündürlüyü, həcmi, sahəsi, tutumu) qəbul olunur. Tikinti obyektlərinin təsnifləşdirilməsində əlavə meyarlar qismində həmçinin tikinti obyektinin funksional təyinatı, texniki-iqtisadi göstəriciləri, qəza baş verdiyi halda proqnozlaşdırılan iqtisadi, sosial və ekoloji nəticələr götürülür.

“Tikinti layihələri və layihəqabağı sənədlərin ekspertizadan keçirilməsi ilə bağlı xərclərin hesablanması Qaydaları”na ƏLAVƏ

Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərindən asılı olaraq tikinti obyektlərinin ekspertiza dəyərinin hesablanmasında tətbiq olunan xərc əmsalları

s/s

Layihələndirmə xidmətlərinin dəyəri (min manatla)

Xərc əmsallarının yuxarı həddi, faizlə (%)

Birinci sinif üzrə

İkinci sinif üzrə

Üçüncü sinif üzrə

Dördüncü sinif üzrə

Beşinci sinif üzrə

1

4-dək

28.00

30.00

32.00

2

8

24.89

26.67

28.45

32.00

3

24

21.67

23.22

24.77

27.86

30.96

4

40

18.17

19.47

20.77

23.36

25.96

5

72

14.74

15.80

16.85

18.95

21.06

6

104

11.91

12.77

13.62

15.32

17.02

7

136

10.08

10.80

11.52

13..00

14.40

8

168

8.82

9.45

10.08

11.34

12.60

9

200

8.06

8.64

9.22

10.37

11.52

10

232

7.30

7.83

8.35

9.40

10.44

11

328

6.02

6.45

6.88

7.74

8.60

12

400

5.43

5.82

6.21

6.98

7.76

13

600

4.17

4.47

4.77

5.36

5.96

14

800

3.77

4.02

4.52

5.02

15

1200

3.22

3.62

4.02

16

1600

2.78

3.13

3.48

17

2400

2.19

2.47

2.74

18

3600

1.86

2.09

2.32

19

4800

1.55

1.75

1.94

20

6080

1.28

1.44

1.60

21

7200

1.07

1.21

1.34

22

8800

0.88

0.99

1.10

23

10400

0.69

0.77

0.86

24

12000

0.70

0.78

25

13600

0.65

0.72

26

15200 və çox

0.56

0.62

Qeyd: Layihələndirmə xidmətlərinin dəyərinin aralıq qiymətlərinin ekspertiza dəyəri, həmin qiymətlərin yuxarı həddi səviyyəsində təyin edilir (məsələn, birinci sinif üzrə təsnifləşdirilmiş tikinti obyektinin layihələndirmə xidmətlərinin dəyəri 180 min manat olduqda, ekspertiza dəyəri 8,82 %-lə təyin edilir).

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu