Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri ilə məşq keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri ilə məşq keçirib.

Məşqin keçirilməsinə FHN-in Aran Regional Mərkəzinin məsul əməkdaşları, Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin 68 nömrəli Yanğından Mühafizə Hissəsinin qüvvələri, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər heyəti və mülki müdafiə qüvvələri cəlb edilib.

Məşqin keçirilməsində məqsəd müəssisənin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşq zamanı obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyəti yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Digər tədbirlər

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu