Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN əməkdaşları üçün kurs təşkil olunub

8-12 iyul 2024-cü il tarixlərində “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi arasında Fəaliyyət Planı” və Fövqəladə Hallar Nazirliyinin 2024-cü il üzrə “Əsas Tədbirlər Planı”nın müvafiq bəndlərinə uyğun olaraq Nazirliyin xilasetmə qurumlarının (Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Aviasiya dəstəsi) zabit heyətinə Dövlət Mülki Aviasiya Agentliyinin mütəxəssisləri tərəfindən “Aviasiya hadisələri zamanı axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda kurs keçirilib.

Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə keçirilən kursun məqsədi Azərbaycan Respublikası ərazisində (suda və quruda) baş verən aviasiya hadisələri zamanı FHN-in qurumları və xarici dövlətlərin müvafiq qurumları ilə birgə axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsi və İCAO (Beynalxalq Mülki Aviasiya Təşkilatı) tələblərinin öyrədilməsindən ibarət olub.

Sonda kursun dinləyicilərinə beynəlxalq dərəcəli sertifikat təqdim olunub.

Digər tədbirlər

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu