Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Akademiyasında elmi-praktik konfrans keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında "Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi" mövzusunda kursant, tələbə və magistrantların XI elmi-praktik konfransı keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin kursant, tələbə və magistrantları iştirak ediblər.

Konfransda ölkəmizdə gənc nəslin elm və təhsilə cəlb olunması üçün hərtərəfli şəraitin yaradıldığı və bu sahəyə cənab Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyi diqqətə çatdırılıb. Həmçinin, konfransın əhəmiyyətindən danışılaraq qeyd olunub ki, digər sahələrdə olduğu kimi, fövqəladə halların idarə olunması sahəsində də tətbiq edilən texnologiyaların sürətli inkişafı müşahidə edilməkdədir və axtarış-xilasetmə işlərində müasir texnologiyaların tətbiqi yeni uğurların əldə olunması üçün geniş imkanlar yaradır.

Konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin magistrant, kursant və tələbələri müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Plenar iclasdan sonra konfransın işi bölmə iclaslarında davam etdirilib.

Konfransın sonunda fərqlənən konfrans iştirakçıları FHN Akademiyasının fəxri fərmanı ilə təltif olunublar.

 

Digər tədbirlər

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu