Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Akademiyasında xalq şairi Vahid Əzizlə görüş keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında xalq şairi Vahid Əzizlə görüş keçirilib.

Akademiyanın rəisi general-mayor Baba Salayev xalq şairini salamlayaraq onu Akademiyada  görməkdən məmnun olduğunu bildirib. Akademiya rəisi şairin yaradıcılığından söz açaraq onun Vətənə sevgi və mənəvi dəyərlərimizə hörmət aşılayan şeirlərinin gənc nəslin tərbiyəsində böyük rol oynadığını vurğulayıb.

Vahid Əziz dəvətə görə minnətdarlığını bildirib və FHN Akademiyasında görüşdən məmnunluq ifadə edib.

Tədbirdə xalq şairi Ulu Öndər Heydər Əliyevlə bağlı maraqlı xatirələrini bölüşüb, Dahi Rəhbərin ədəbiyyata böyük qayğısından söz açıb, ölkə Prezidenti cənab İlham Əliyevin də Ümummilli Liderin layiqli davamçısı kimi sözügedən sahəni daim diqqətdə saxladığını, şair və yazıçıların əməyinə yüksək dəyər verdiyini diqqətə çatdırıb.

Qalib ölkənin vətəndaşı kimi fəxr etdiyini deyən xalq şairi o sevincli Zəfər gününün yaddaşlardan silinməyəcəyini vurğulayıb. Bildirib ki, vətənpərvərlik ruhunda yetişən gənc nəslin Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində misilsiz qəhrəmanlığı müvafiq olaraq tarixi Zəfərimizin qazanılmasında və suverenliyimizin tam bərpa olunmasında müstəsna rol oynadı.

Səmimi mühitdə keçən görüşdə Vahid Əziz tədbir iştirakçılarına şeirlərini oxuyub, kursantların suallarını cavablandırıb.

Sonra Akademiyanın hərbi orkestrinin solisti gizir Anar Məmmədbağırovun və kursantların ifasında  şairin şeirləri səsləndirilib, onun sözlərinə bəstələnmiş mahnılar ifa edilib.

Tədbirin sonunda xalq şairi kursantlar üçün müəllifi olduğu kitabları imzalayıb.

Digər tədbirlər

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu