Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Bakı Regional Mərkəzi elmi-praktik konfrans keçirib

FHN-in Bakı Regional Mərkəzi elmi-praktik konfrans keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılğı ilə “Ali təhsil müəssisələrində fövqəladə hallar zamanı xəbərdarlığın təşkili” mövzusunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) elmi-praktik konfrans keçirilib.

Konfransda Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin tələbə elmi cəmiyyətlərinin fəalları, həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı fənnlərin tədris olunduğu ali məktəblərin professor-müəllim heyəti, aspirant və tələbələri iştirak ediblər.

Elmi konfransı giriş sözü ilə açan ADNSU-nun ümumi işlər üzrə prorektoru Elnur İsmayılov bu tipli tədbirlərin əhəmiyyətindən danışıb və konfransın işinə uğurlar arzulayıb.

Sonra FHN Bakı Regional Mərkəzinin rəisinin birinci müavini polkovnik İlqar Səfərov tədbirin məqsədi barədə məlumat verib, bu cür tədbirlərin keçirilməsinin vacibliyindən və tələbələrin təhlükəsizliyinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyətindən bəhs edib.

Konfransda tələbələrin mövzu üzrə təqdimatları dinlənilib, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu barədə videoçarx nümayiş olunub.

Digər tədbirlər

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu