
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi FHN-in Bakı Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqləri keçirib
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Xətai rayonunda yerləşən “SOCAR”-ın Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazasında və Yasamal rayonunda yerləşən 1 saylı Bakı Tibb Kollecində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqləri keçirilib.
Məşqlərin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Tədbirlər zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
























