Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Bakı Regional Mərkəzində maarifləndirmə tədbiri keçirilib

FHN-in Bakı Regional Mərkəzində maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə koordinasiyanın təşkili və təhsil məsələləri üzrə şöbənin təşkilatçılığı ilə Bakı Regional Mərkəzində (RM) mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən din xadimlərinin iştirakı ilə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirin keçirilməsində məqsəd tədbir iştirakçılarının fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.

Kursda regional mərkəzin və FHN-in digər aidiyyəti yerli qurumlarının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölmələrinin əməkdaşları və din xadimləri iştirak ediblər.

Kursda çıxış edən Bakı RM rəisinin birinci müavini polkovnik İlqar Səfərov keçirilən tədbirin məqsədi və qarşıdakı planlar barədə ətraflı məlumat verib, belə tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətindən danışıb.

Kursun nəzəri hissəsində əməkdaşlar tərəfindən fövqəladə halların təsnifatı, ilkin tibbi yardımın göstərilməsi, mülki müdafiə və xilasetmə işinin təşkili, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, eləcə də mövzulara dair videoçarxlar nümayiş olunub. Həmçinin, FHN-in Tibb Mərkəzinin ixtisaslaşmış psixoloqları müvafiq mövzularda çıxışlar ediblər.

Kursun praktiki hissəsində tədbir iştirakçılarına xilasetmə alət və avadanlıqları barədə məlumat verilib

Digər tədbirlər

Qaynar xətt
Tibb Xidmeti
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu