Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Cənub Regional Mərkəzi liseydə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran Peşə Liseyində fövqəladə hallar zamanı davranış qaydalarının təbliği məqsədilə təlim keçirilib.

Təlimə FHN-in FHN-in yerli qurumlarının qüvvələri, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları, eləcə də Lənkəran Peşə Liseyinin xilasetmə manqası cəlb olunub.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, təxliyə barədə məlumat verilib, suallar cavablandırılıb.

Sonra keçirilən sərgidə tədbir iştirakçılarına yanğınsöndürmə, xüsusi xilasetmə və təcili tibbi yardım avtomobillərində olan avadanlıqlardan, yanğınsöndürmə və təcili tibbi yardım vasitələrindən istifadə qaydaları haqqında ətraflı məlumat verilib.

Daha sonra davam etdirilən praktiki hissə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında tədbirə cəlb olunan qurumların qüvvələri ilə qarşılıqlı fəaliyyətdə peşə liseyinin müəllim və şagird heyətinin “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin yardım göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması, xilasetmə və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.

Digər tədbirlər

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu