

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti sanatoriyalarda maarifləndirmə tədbirləri keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” QSC-nin “Bilgəh”, “Buzovna”, “Şıx”, “Günəşli”, “Qaranquş” və “Abşeron” sanatoriyalarında yanğına qarşı maarifləndirmə tədbirləri keçiriblər.
Tədbirlərdə sanatoriyalarda yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları, o cümlədən təxliyə barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Tədbirlərdə mövzuya dair slaydlar nümayiş etdirilib, suallar cavablandırılıb və iştirakçılara maarifləndirici vəsaitlər paylanılıb.