Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Muğan Regional Mərkəzi rəhbər heyətin nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan şəhərində yerləşən “33 nömrəli Yol İstismarı” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

Məşqdə Muğan Regional Mərkəzinin və “33 nömrəli Yol İstismarı” MMC-nin əməkdaşları, Şirvan Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının üzvləri iştirak edib.

Məşqin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

Məşq zamanı rəhbər heyət tərəfindən yaranmış ekstremal vəziyyətlə əlaqədar idarəetmənin təşkili üzrə fəaliyyəti qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Digər tədbirlər

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu