Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Mülki müdafiə qoşunlarında “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda tədbir tədbir keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən tədbirin əsas məqsədi gənc əsgərlərin “ağ ölüm”ə qarşı mübarizə ilə bağlı maarifləndirilməsi olub.

Tədbirdə hərbi hissənin şəxsi heyəti və Bakı şəhəri, Qaradağ rayon Polis idarəsinin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin müavini polkovnik Yaşar İsayev və həmin idarənin İctimai təhlükəsizlik şöbəsinin bölmə rəisi kapitan Cavid Amalov iştirak ediblər.

Tədbirdə narkotik maddələrin fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə barədə ətraflı məlumat verilib. Həmçinin, ümumbəşəri bəla olan narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə yeniyetmə və gənclərin elmə, idmana olan marağının artırılması, mədəni-asudə vaxtlarının düzgün təşkil olunmasının əhəmiyyəti qeyd edilib.

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, bəşəri bəla olan narkomaniyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə hər bir ölkə üçün prioritet məsələlərdəndir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.

Digər tədbirlər

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu