Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Qarabağ Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib

FHN-in Qarabağ Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən tədbir keçirilib.

Tərtər Peşə Məktəbində təşkil olunmuş tədbirdə Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının, eləcə də Tərtər Rayon İcra Hakimiyyətinin, aidiyyəti idarə, müəssisə və təşkilatların səlahiyyətli nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edənlər ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini vurğulayaraq, təsdiq olunmuş tədbirlər planının icrası ilə əlaqədar aidiyyəti üzrə görülən işlərdən danışıb, şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılması, tikinti qanunvericiliyi, norma və qaydaları barədə ətraflı məlumat veriblər.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb, həmçinin təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı davranış qaydaları diqqətə çatdırılıb.

Digər tədbirlər

Qaynar xətt
Tibb Xidmeti
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu