Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

12-14 mart 2025-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında Nazirliyin qurumları arasında komanda və şəxsi birincilik üzrə stolüstü tennis çempionatı keçirilib.

İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 15 komandasından 50-yə yaxın əməkdaş iştirak edərək əzmkar mübarizə aparıb. Çempionat Zaur Mikayılovun baş hakimliyi ilə keçirilib.

Tədbirin mükafatlandırma mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Mərasimdə çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəis müavini mayor Bəhruz Ağayev bu cür tədbirlərin əhəmiyətindən söz açıb, qalibləri təbrik edib.

Üç gün davam edən yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin komandası bütün rəqiblərinə qalib gələrək komanda hesabında birinci olub. Çempionatda ikinci yerə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, üçüncü yerə isə FHN Akademiyasının komandası layiq görülüb.

Şəxsi yarışlarda Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Əli Bayramov çempion adını qazanıb. İkinci yerə Şimal-qərb Regional Mərkəzinin əməkdaşı Əli Hacıyev, üçüncü yerə isə Mülki müdafiə qoşunlarının əməkdaşı polkovnik-leytenant Emil Britvin layiq görülüb.

Mərasimdə qaliblərə kubok, diplom və medallar təqdim olunub.

Həmçinin, çempionatda hakimlik xidmətlərinə görə Azərbaycan Stolüstü Tennis Federasiyasının Hakimlər Komitəsi, göstərdikləri tibbi xidmətlərə görə Nazirliyin Tibb Xidmətinin əməkdaşları və yarışın veteran oyunçusu Rübabə Mahmudova fəxri fərmanla təltif olunublar.

Digər tədbirlər

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu