
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
FHN-in Sumqayıt Regional Mərkəzi çimərliklərdə maarifləndirmə tədbiri keçirib
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonunun Novxanı kəndi ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirinin keçirilməsində məqsəd əhaliyə çimərlikdə təhlükəsizilik qaydaları barədə biliklərin aşılanması olub.
Tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Novxanı” xilasetmə məntəqəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə əməkdaşlar tərəfindən sularda təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, sanitar-gigiyena qaydalarına əməl olunması və zərəçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.
Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında alınması üçün zəruri tədbirlər barədə tövsiyələr verilib.




















