
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
FHN-in Sumqayıt Regional Mərkəzi “Dağıntılar altında qalmış zərərçəkmişin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Dağıntılar altında qalmış zərərçəkmişin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən dağıntı zamanı zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti dağıntı zamanı “xəsarət almış zərərçəkmiş” xilas edilərək təxirəsalınmaz ilkin tibbi yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.























