Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən “dəyirmi masa” keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Altıağac Milli Parkında “Təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydalarının təbliğ olunması” mövzusunda “dəyirmi masa” keçirib.

Tədbir­də FHN-in müvafiq yerli qurumlarının, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, yerli icra nümayəndəliklərinin, bələdiyyələrin və Altıağac Milli Parkının əməkdaşları iş­ti­rak ediblər.

Tədbir zamanı meşə və meşəətrafı ərazilərdə, taxıl sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunub, yanğına qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və əhalinin yanğın təhlükəsizliyi üzrə maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Həmçinin, yerli idarəetmə orqanları tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, maarifləndirici videoçarxlar nümayiş etdirilib, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydalarını təbliğ edən yaddaş kitabçaları tədbir iştirakçılarına paylanılıb, suallar cavablandırılıb.

Digər tədbirlər

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu