
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
FHN Sumqayıt Regional Mərkəzi nümunəvi dərs və mülki müdafiə məşqi keçirib
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs, “Sumqayıt Texnologiyalar Parkı” MMC-də və “Matanat-A” şirkətində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” üzrə rəhbər heyətin nümunəvi mülki müdafiə məşqləri keçirilib.
Tədbirlərin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar müvafiq heyətin funksional vəzifələrini yerinə yetirməsi üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılıq və operativliyin artırılmasından ibarət olub.
Məşqlərdə şərti fövqəladə hadisə ilə əlaqədar müvafiq heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib.
Uğurla reallaşdırılan tədbirlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.





















