Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

18 dekabr 2012-ci il saat 13:30-dək

Bakı şəhəri, Xətai rayonunda istismara yararsız, kəsilməkdə olan “Geofizik” gəmisinin maşın bölməsində ətrafa dağılmış neft qalıqları 30 kv.m sahədə yanmışdır...

18 dekabr 2012-ci il saat 07:15-dək:

Bakı şəhər, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan ikiotaqlı mənzilin bir otağında qaz sobasının ətrafı 2 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

18 dekabr 2012-ci il saat 04:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Mercedes” markalı minik avtomobili və yük avtomobili toqquşmuşdur. 

18 dekabr 2012-ci il saat 01:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus “Çinar” quşçuluq firmasının ümumi sahəsi 1000 kv.m olan toyuq sexinin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanmışdır.

17 dekabr 2012-ci il saat 18:50-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında 1955-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur...

17 dekabr 2012-ci il saat 17:15-dək:

Saatlı rayonu, Əlisoltanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli ikiotaqlı evdə bacanın ətrafı 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur...

17 dekabr 2012-ci il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xızı rayonunda Təzəkənd kəndinə gedən yolda “NİVA” və “QAZ” markalı iki avtomobil hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalmışdır...  

17 dekabr 2012-ci il saat 09:10-dək:

Gəncə şəhəri, Nizami rayonunda ayrı-ayrı vətəndaşlara məxsus, bir-birinə bitişik ümumi sahəsi 30 kv.m olan ərzaq dükanının lambirdən ibarət tavanı 30 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan dördotaqlı evin 2 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 24 kv.m sahədə...

16 dekabr 2012-ci il saat 23:00-dək:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan qarajın içərisində hər birinin tutumu 5 litr olan 4 ədəd yağla dolu qab yanmışdır.

16 dekabr 2012-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 340-cı kilometrliyində, Şəmkir rayonu ərazisində “VAZ” və “KİA” markalı 2 minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. 

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr